Vaqif Cavadovun “Volqa”sı 3 ölkədə hazırlıq məşqləri keçirəcək

Vaqif Cavadovun “Volqa”sı 3 ölkədə hazırlıq məşqləri keçirəcək

Azərbaycan futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Rusiyanın "Volqa" klubunun qış mövsümündə hazırlıq planı açıqlanıb. Siasport.az saytı xəbər verir ki, Nijni Novqorod təmsilçisi 3 ölkədə hazırlıq məşqləri keçirəcək. İlk təlim-məşq toplanışı yanvarın 7-dən 21-dək Türkiyənin Antalya şəhərində təşkil olunacaq. Bu müddətdə "Volqa" 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 25-də Cənubi Kiprin Larnaka şəhərinə yollanacaq komandanın toplanışı fevralın 7-dək davam edəcək. "Volqa" burada 4 sınaq matçı keçirməyi planlaşdırır.
Hazırlığın sonuncu mərhələsi isə İspaniyada təşkil olunacaq. Fevralın 12-dən 26-dək davam edəcək toplanış zamanı koma
nda 4 yoxlama oyunu keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə