Qus Hiddinq Türkiyə millisindən qovuldu!

Qus Hiddinq Türkiyə millisindən qovuldu!

Nəhayət, Türkiyə Futbol Federasiyası hollandiyalı futbol mütəxəssisi Quss Hiddinqin istefası ilə bağlı qərar qəbul edib. Siasport.az saytı xəbər verir ki, dünən Avro-2012-nin pleyy-off qarşılaşmasının cavab oyununda Xorvatiya millisi ilə qolsuz heç-heçə edərək gələn il keçiriləcək futbol üzrə Avropa çempionatından kənarda qalan Türkiyə millisində baş məşqçi dəyişikliyi reallaşıb. TFF-nin bu barədəki açıqlamasında deyilir ki, hollandiyalı mütəxəssislə danışıqlardan sonra onunla bağlanan müqavilə qarşılıqlı olaraq ləğv edilib. TFF, hollandiyalı futbol mütəxəssisinə Türkiyə millisindəki fəaliyyətinə görə təşəkkür edib, gələcək koryerasında ona uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə