“Sumqayıt Şəhər” “Simurq”la qarşılaşmaya hazırlaşır

“Sumqayıt Şəhər” “Simurq”la qarşılaşmaya hazırlaşır

Futbol üzrə Unibank Premyer Liqasının son turunda səfərdə "Qarabağ" üzərində qələbə qazanan (2:1) "Sumqayıt Şəhər" "Simurq"la oyunun hazırlığını Mehdi Hüseynzadə adına stadionda davam etdirir.
Siasport.az saytı xəbər verir ki,
komanda tam heyətlə məşq edə bilmir. Beləki, klubun qapıçısı Andriy Popoviç əsas millinin, Emil Balayev, Bədavi Hüseynov, Ruslan Tağızadə, Emin Mustafayev və Hacı Əhmədov isə U-21-in heyətindədirlər. Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov 17 yaşadək futbolçulardan ibarət yığmamızın heyətində Almaniyada təlim-məşq toplanışındadırlar. "Sumqayıt Şəhər"in 6 futbolçusu – Abdulla Abatsıyev, Ramil Nuriyev, Rəşad Kərimov, Samir Abdulov, Ruslan Qurbanov və Sahil Kərimov da zədəli olduğu üçün komandanın məşqində iştirak etmir. Yarımmüdafiəçilər Orxan Həsənov və Eşqin Quliyev zədəsini tam sağaldaraq hazırlığa başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə