Ötən gün "Kəpəz" üzərində 1:0 hesablı qələbə qazanan "Xəzər Lənkəran"ın futbolçularına istirahət verilib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Mirça Rednik yetirmələrini iki günlük istirahətə buraxıb.
Artıq yerli futbolçular evlərinə yollanıb. Legionerlər isə Bakıya gəlib. Komanda oktyabrın 31-də Bakıda toplaşacaq və həmin gün "Neftçi"nin köhnə bazasında ilk məşqinə çıxacaq. Bir gün sonra isə "Xəzər Lənkəran" Lənkərana yollanqacaq və doğma şəhərdə "Neftçi" ilə "Böyük oyun"un hazırlıqlarını davam etdirəcək.
Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" oyunu Premyer Liqanın təsnifat mərhələsinin ikinci dövrəsinin ilk turunda - noyabrın 6-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB