Nərimanov rayonunda yerləşən mərkəzi parkda Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bədən tərbiyəsi kollektivləri arasında nərd üzrə Bakı şəhər komanda çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışın əvvəlində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək iştirakçiları bayram münasibətilə təbrik edib, onlara uğurlar diləyib. Yarışda 11 komanda tərkibində 55 nəfər iştirak edib. Gərgin oyun şəraitində keçirilən yarışda I yeri Nərimanov rayon komandası, II yeri Nizami rayon komandası, III yeri Sabunçu rayon komandası tutublar.
Komandanın üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla və xatirə hədiyyələri ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB