Gələn il keçiriləcək futbol üzrə Avropa çempionatına qatılmaq istəyən Türkiyə millisi, hələ Avro 2008-də, ¼ final mərhələsindən kənarlaşdırdığı Xorvatiya yığmasını hər iki oyunun nəticəsinə görə məğlub etməlidir ki, Polşa və Ukraynada keçiriləcək yarışda iştirak edə bilsin. Siasport.az saytı xəbər verir ki, rəqib komandanın baş məşqçisinin və futbolçuları qisas dolu bir sıra açıqlamalar verərək, Türkiyə millisi üzərində psixoloji üstünlük qazanmaq istəyirlər. Amma xorvatların bu taktikası, türkiyəli futbolçuları da hərəkətə gətirib. Belə ki, futbol üzrə Tükiyə millisinin və İstanbulun "Fənərbaxça" futbol klubunun qolkiperi Volkan Dəmirəl jurnalistlərə bildirib ki, Xorvatiya millisinin baş məşqçisi Slaven Bilicinin açıqlamaları, daha çox onun Türkiyə yığmasından çəkinməyi ilə bağlıdır: "Onun açıqlamalarını oxumuşam. Açıq deyirəm, o bizimlə qarşılaşacağını özünə yaman dərd edib. Deyir ki, 3 ildir ki, bizdən qisas almq üçün alışıb yanır. Buyursun gəlsin. Hər şey meydanda həll olunacaq, qəzet səhifələrində deyil. Biz xorvatlara yenə məğlubiyyət acısı yaşadacayıq. Artıq komandada hər kəs hansı mərhələdə olduğumuzu əla başa düşür"-dyə V.Dəmirən sözlərini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB