"Beşiktaş"da Quaresma-Toraman skandalı!

"Beşiktaş"da Quaresma-Toraman skandalı!
İstanbulun "Beşiktaş" futbol klubunda işlər yaxşı getmir. Siasport.az saytı xəbər verir ki, Quti Hernantezin yenidən komandanın heyətinə qayıtmağı İstanbul klubunun rəhbərliyini necə sevindirmişdisə, dünən axşam İbrahim Toramanla, "Beşiktaş"ın portuqaliyalı ulduz futbolçusu Quaresma arasında yaşanan skandal, hər kəsi üzməyə başlayıb. Belə ki, dünənki axşam idmanında İ.Toramanla mübahisə edən Quaresma, onun mətbuata söylədiyi "kapitanlıq bantını Qutiyə mən verdim" ifadəsini qərəz kimi qiymətləndirdiyini deyərək, İ.Toramanı Qutinin maraqlarına xidmət etməkdə ittiham edib. Türkiyə mətbuatı yazır ki, iki kapitanın qarşıdurması, az qala yumruq davasına çevriləcəkmiş. Baş məşqçi Karvahal isə hər iki futbolçu ilə ciddi söhbət edərək onları bir daha belə hərəkətlərə yol verməməyə çağırıb. Türk həmkarlarımıza görə, Quti, "Beşiktaş"da türk futbolçuları portuqaliyalı futbolçulara qarşı qaldırmaqla, bir növ onu "Persona Non Qrata" elan edən baş məşqçidən qisas almağa çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə