"Beşiktaş" rəhbərliyinin Quti ilə “barışmasının” sirri məlum oldu!
İstanbulun "Beşiktaş" futbol klubunun ispaniyalı ulduz futbolçusu Quti Hernantez ilə baş məşqçi Karvalhal arasındakı soyuq münasibətlər sona çatmaqdadır. Siasport.az saytı xəbər verir ki, uzun müddətdir portuqalıiyalı futbol mütəxəssisinin "qara siyahısında" olan Quti, öz intizamsız hərəkətləri və gecə klublarına aludəçiliyi ilə klub rəhbərliyini "boğaza yığmışdı". "Qara qartal" futbolçuları üçün xoşagəlməz nümunəyə çevrilən bu ulduz futbolçu ilə yollarını da ayırmağa hazırlaşırdı. Amma, görünən odur ki, dünən komandanın səhər idmanına çıxan Quti, yenidən ilk 11-liyə düşməyə çox yaxındır. Türkiyə mətbjuatı isə, bu ani dəyişmənin sirrini açıqlamağa başlayıb. Sən demə, Quti ilə bağlanan müqaviləyə əsasən, "Beşiktaş" rəhbərliyi onunla olan hazrkı müqaviləni birtərəfli şəkildə ləğv edərsə, ispaniyalı futbol ulduzuna böyük miqdarda kompensasiya ödəməli olacaqdı. Rəhbərlik həm bu amili, həm də ölkə çempionatındakı dramatik vəziyyəti nəzərə alaraq, "Beşiktaş"ın imicinə və hazırkı durumuna ziyan gəlməməsi üçün Quti ilə "dil tapmaq" yolunu tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB