Türkiyə - Azərbaycan matçında anşlaq gözlənilir

Türkiyə - Azərbaycan matçında anşlaq gözlənilir
Futbol üzrə Türkiyə və Azərbaycan yığmaları arasında bu gün keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin oyununda anşlaq gözlənilir. Siasport.az saytı xəbər verir ki, artıq Türkiyə - Azərbaycan qarşılaşması üçün satışa çıxarılan biletlərin demək olar ki, hamısının satılıb qurtardığı bildirilir.

Bundan əlavə qadınlar və 16 yaşadək uşaqlar üçün stadiona giriş pulsuzdur. Yəni onlara pulsuz biletlər paylanılıb.

Qeyd edək ki, Türkiyə - Azərbaycan qarşılaşması İstanbuldakı "Türk Telekom Arena"da keçiriləcək. Bu arena 52,695 azarkeş tutumuna malikdir.//azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə