Karlos Puyol: \"İstərdik ki, Quardiola \"Barselona\"dan getməsin\"

Karlos Puyol: \"İstərdik ki, Quardiola \"Barselona\"dan getməsin\"

İspaniyanın \"Barselona\" futbol klubunun kapitanı Karlos Puyol, əmin olduğunu bildirib ki, baş məşqçi Xose Quardiola \"Barselona\" ilə olan hazırkı müqaviləsinin müddətini uzadacaq. Siasport.az saytı xəbər verir ki, katalonların təcrübəli futbolçusu, katalon radiosuna verdiyi müsahibədə keçmiş futbolçu yoldaşı, hazırda isə baş məşqçisi olan X.Quardiolanın \"Barselona\" üçün olduqca uğurlu seçim olduğunu deyərək, eyni zamanda X.Quardiolanın seçiminə də hörmətlə yanaşacaqlarını ifadə edib. Xatırladaq ki, artıq ardı-arası kəsilmədən 40 yaşlı baş məşqçinin bir neçə Avropa klubunun hədəfində olduğu barədə məlumatlar dolaşmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə