Bu gün Bakıda boks üzrə dünya çempionatı start götürüb

Bu gün Bakıda boks üzrə dünya çempionatı start götürüb
Bu gün Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə XVI dünya çempionatı start götürüb. Siasport.az saytı xəbər verir ki, çempionatın ilk günü 48 və 91 kiloqram çəki dərəcələrində boksçular rinqə çıxıblar. 113 ölkədən 570 boksçunun iştirak edəcəyi mundialda bu gün 31 görüş keçiriləcək.
Xatırladaq ki, yarış 2012-ci ildə Londonda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə