"Beşiktaş" "İsmət İnönü"də coşdu!

"Beşiktaş" "İsmət İnönü"də coşdu!

Dünən axşam Türkiyə Superliqasının 3-cü turu çərçivəsində keçirilən sonuncu qarşılaşmada İstanbulun "Beşiktaş" futbol klubu öz meydanında "Ankaragücü" klubunu qəbul edib. Siasport.az saytı xəbər verir ki, əzəli rəqibləri olan "Fənərbaxça" və "Qalatasaray"dan geri qalmaq istəməyən "qara qartal", 37-ci və 82-ci dəqiqələrdə Sidnyeinin və qarşılaşmanın 89-cu dəqiqəsində Mustafanın vurduqları qollar ilə rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Rəqib komanda ancaq 53-cü dəqiqədə Tisdellin qolu ilə "Beşiktaş"ı cəzalandırıb. Bu qarşılaşmada da "Beşiktaş"ın kapitanı Quaresma öz liderliyi və əzmkar oyunu ilə azarkeşlərin alqışı ilə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə