Azərbaycan idmançıları London olimpiadasına daha üç lisenziya qazanıblar

Azərbaycan idmançıları London olimpiadasına daha üç lisenziya qazanıblar
İstanbulda davam edən güləş üzrə dünya çempionatında Azərbaycan idmançıları sentyabrın 18-də 3 bürünc medal və London olimpiadasına daha üç lisenziya qazanıblar. Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (75 kq) və Camaləddin Məhəmmədov (120 kq) üç kateqoriyada rəqiblərini məğlub ediblər.

Beləliklə, Azərbaycan idmançılarının London-2012 olimpiadasına qazandıqları lisenziyaların sayı 16-ya çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə