“Turan”da maliyyə böhranı davam edir

“Turan”da maliyyə böhranı davam edir
"Turan"da maliyyə böhranı davam edir. Siasport.az saytı xəbər verir ki, futbolçuların maaşlarının uzun müddətdi verilməməsi üzündən ciddi problemlər yaşayan Tovuz təmsilçisi yenə etiraz aksiyası ilə üzləşmək təhlükəsi yaşayır. Hələ ötən tur "Qəbələ" ilə oyundan əvvəl maaşları verilməyəcəyi halda oyuna çıxmayacaqları ilə rəhbərliyi hədələyən futbolçulara, bu matçdan sonra "Simurq" üzərində qələbənin mükafatatı verilmiş, maaşın isə iki günə veriləcəyi sözü verilmişdi.
"Turan" rəhbərliyi hələ də sözünün üstündə durmayıb. "Rekord.az"a daxil olan məlumata görə, futbolçuların maaşından bir xəbər yoxdur. Oyunçular "Bakı" ilə ev oyununa çıxmamaq qərarına gəliblər. Mənbənin məlumatına görə, onlar bu dəfə daha ciddi fikirdədilər.

"Turan"ın rəhbərliyi ilə əlaqə saxlmağa çalışırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə