Çempionlar Liqasının I turuna yekun vurulub. Siassport.az saytı xəbər verir ki, bu gecə ilk tur çərçivəsində 4 qrupda 8 qarşılaşma baş tutub.
A qrupunda "Mançester Siti" ev oyununda "Napoli"yə qalib gələ bilməyib. Hesabı 69-cu dəqiqədə qonaqlardan Edinson Kavani açsa da, 6 dəqiqə sonra Aleksandr Kolarov "Siti"yə bir xal gətirən qola imza atıb və oyun 1:1 hesabı ilə yekunlaşıb.
"Bavariya" İspaniyada qələbə qazanıb. "Vilyarreal"ın qonağı olan münhenlilər üç xalı aktivlərinə Toni Kroos və Rafinhanın qolları hesabına yazıblar.
B qrupunda Türkiyənin Çempionlar Liqasındakı tək təmsilçisi "Trabzonspor" da İtaliyada meydana çıxıb. Avropada "Fənərbaxça"nı əvəzləyən Qara dəniz təmsilçisi Milanda "İnter"in qonağı olub. Bu oyunda hamı "İnter"in böyükhesablı qələbəsini proqnozlaşdırsa da, "Trabzonspor" sürpriz nəticəyə imza ataraq, səfər oyunundan üç xalla dönüb. Türkiyə klubunun qələbə qoluna 76-cı dəqiqədə Andrey Celustkaimza atıb.
Qrupun digər oyunu "Lill" - ÇSKA qarşılaşması heç-heçə bitib - 2:2. Hesabı 45-ci dəqiqədə meydan sahiblərindən Mussa Sov açıb. 57-ci dəqiqədə Benoit Pedretti fərqi iki topa çatdırıb. Lakin moskvalılar təslim olmayıb və 72-90-cı dəqiqələrdə dubl edən Seydu Doumbia ÇSKA-ya bir xal qazandırıb.
C qrupunda "Bazel" "Otelul"u qəbul edib. Hesabı 39-cu dəqiqədə meydan sahiblərindən Fabian Frey açıb. 58-ci dəqiqədə qonaqlardan Marius Pena tarazlığı bərpa edib. 83-cü dəqiqədə "Otelul"dan Adrian Salaqeanu qırmızı vərəqə alıb və bir dəqiqə sonra Frey isveçrəliləri hesabda önə keçirib. 87-ci dəqiqəjə Benjamin Huggelin meydandan qovulması ilə komandaların oyunçu sayı bərabərləşib. Lakin Rumıniya klubunun oyunda bərabərlik yaratmağa gücü çatmayıb.
"Benfika" və "Mançester Yunayted" arasında Portuqaliyada baş tutan oyunda qalib müəyyənləşməyib. Hesabı 24-cü dəqiqədə meydan sahibləri - Oskar Kardozo açıb. 42-ci dəqiqədə Ryan Giqqz Mançester təmsilçisinə bir xal gətirən qola imza atıb.
"Neftçi"ni II təsnifat mərhələsində mübarizədən kənarlaşdıran "Dinamo" dünyanın ən böyük iki klubundan birinə - "Real"a qarşı oynayıb. "Kral Klub" Zaqrebdə rəqibini çətinliklə təslim edib. "Real"ın qələbə qoluna 53-cü dəqiqədə Angel Di Maria imza atıb. 73-cü dəqiqədə Marselo meydandan qovulsa da, "Dinamo" say üstünlüyündən yararlana bilməyib.
"Ayaks" isə Lion "Olimpik"ini qəbul edib. Amsterdamdakı oyunda hesab açılmayıb və komandalar hərəyə bir xal qazanıb.
Çempionlar Liqası
2011-2012 mövsümü
I tur
14 sentyabr
A qrupu
Mançester Siti (İngiltərə) - Napoli (İtaliya) 1:1
Qollar: Aleksandr Kolarov, 75 - Edinson Kavani, 69.
Vilyarreal (İspaniya) - Bavariya (Almaniya) 0:2
Qollar: Toni Kroos, 7. Rafinha, 76.
B qrupu
İnter (İtaliya) - Trabzonspor (Türkiyə) 0:1
Qol: Andrey Celustka, 76.
Lill (Fransa) - ÇSKA (Moskva, Rusiya) 2:2
Qollar: Mussa Sov, 45. Benoit Pedretti, 57 - Seydu Doumbia, 72; 90.
C qrupu
Bazel (İsveçrə) - Otelul (Rumıniya) 2:1
Qollar: Fabian Frey, 39; 84- Marius Pena, 58.
Qırmızı vərəqələr: Benjamin Huggel, 87 - Adrian Salaqeanu, 83.
Benfika (Portuqaliya) - Mançester Yunayted (İngiltərə) 1:1
Qollar: Oskar Kardozo, 24 - Ryan Giqqz, 42.
D qrupu
Ayaks (Hollandiya) - Olimpik (Lion, Fransa) 0:0
Dinamo (Zaqreb, Xorvatiya) - Real (İspaniya) 0:1
Qol: Angel Di Maria, 53.
Qırmızı vərəqə: Marselo, 73.
13 sentyabr
E qrupu
Çelsi (İngiltərə) - Bayer (Almaniya) 2:0
Qollar:David Luis, 67. Xuan Mata, 90+2.
Genk (Belçika) - Valensiya (İspaniya) 0:0
F qrupu
Borussiya (Dortmund, Almaniya) - Arsenal (İngiltərə) 1:1
Qollar:İvan Perişiç, 88 - Robin van Persi, 42.
Olimpiakos (Yunanıstan) - Olimpik (Marsel, Fransa) 0:1
Qol: Luço Qonzales, 51.
G qrupu
APOEL (Kipr) - Zenit (Rusiya) 2:1
Qollar: Qustavo Manduka, 73. Aylton Almeyda, 75 - Konstantin Jiryanov, 63.
Portu (Portuqaliya) - Şaxtyor (Ukrayna) 2:1
Qollar: Hulk, 28. Kleber, 51- Luis Adriano, 12.
H qrupu
Barselona (İspaniya) - Milan (İtaliya) 2:2
Qollar: Pedro Rodriges, 36. David Vilya, 51- Aleksandre Pato, 1. Tiaqo Silva, 90+2.
Viktoriya (Çexiya) - BATE (Belarus) 1:1
Qollar: Marek Bakos, 45 - Renan Bressan, 69.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB