Azərbaycan idmançısı “Spartak” klubu ilə müqavilə bağlayıb

Azərbaycan idmançısı “Spartak” klubu ilə müqavilə bağlayıb
Azərbaycan idmançısı Eldar Nəsrullayev Moskvanın "Spartak" reqbi klubu ilə müqavilə bağlayıb. Siasport.az saytı xəbər verir ki, "Spartak"ın əsas heyətində daha iki həmyerlimiz – Renard Əliyev və Əli Ələkbərov çıxış edirlər.
Azərbaycan Reqbi Federasiyasından bildiriblər ki, Rusiya liqasında çıxış etməsi oyun təcrübəsinin artması baxımından idmançılarımızın xeyrinə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə