Rəşad Sadıqov: "Oyun heç-heçə başa çatmasaydı, məğlubiyyətə görə əsas günahkar mən olacaqdım"-AÇIQLAMA

Rəşad Sadıqov: "Oyun heç-heçə başa çatmasaydı, məğlubiyyətə görə əsas günahkar mən olacaqdım"-AÇIQLAMA
"Buraxdığımız qol oyunumuza təsir göstərdi. Təxminən 10-15 dəqiqə uşaqlar özlərində deyildi. Amma əvəzletmədən sonra fəallaşıb, irəli atıldıq və nəticədə də hesabı bərabərləşdirdik". Siapsort.az saytı xəbər verir ki, bu sözləri Belçika ilə oyundan sonra millimizin kapitanı Rəşad Sadıqov deyib.
Eden Hazarda qarşı kobud oynayan Rəşad bununla da millimizin qapısına penalti təyin olunmasına səbəb oldu. Futbolçu həmin epizodla bağlı bunları deyib: "Hazardın topa zərbə vuracağını düşünürdüm. Amma o, penalti qazanmaq üçün ayağını qoyub, yerə yıxıldı. Qayda pozuntusuna oxşayırdı. Əgər oyun heç-heçə başa çatmasaydı, məğlubiyyətə görə əsas günahkar mən olacaqdım".
Kapitan Qazaxıstanla oyunda qələbə qazanmaq istədiklərini bildirib: "Başa düşürük ki, Qazaxıstanla matç bizim üçün çox vacibdir. Qarşımıza ancaq qələbə qazanmaq məqsədi qoyulub. Bunun üçün hər şeyi edəcəyik".//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə