Millimiz Belçika ilə heç-heçə etdi-VİDEO

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan milli komandası Belçika yığmasını qəbul edib. Siasport.az saytı xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabı 55-ci dəqiqədə Belçika yığması açıb. Qonaq komandanın futbolçusu Timmi Simons 11 metrlik cəribə zərbəsini sərrast yerinə yetirib. Oyunun 86-cı dəqiqəsində isə Rauf Əliyev dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirib.


Bütün xəbərlər Facebook səhifəmizdə