Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Dövlət Boks Federasiyasının mətbuat konfransı keçirilib. Siasport.az saytının xəbərinə görə, tədbirdə ADBF-nin prezidenti Arif İbrahimov, əməkdar məşqçi Zahid Əliyev, Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov, beynəlxalq referi Xuan Mariel, Supervayzer Xuan Mariya və digərləri iştirak edirdilər. İlk öncə federasiya prezidenti Arif İbrahimov sabah Əl Oyunları sarayında baş tutacaq görüş barəsində danışıb: "İlk öncə onu vurğulamalıyam ki, sabahkı görüş çox əlamətdar hadisədir. Belə bir tədbirin bizim ölkəmizdə baş tutması bizi sevindirməyə bilməz. Çünki bu Bakıda təşkil olunacaq ilk kəmər versiyalı yarışdı. Mən inanıram ki, sabah idmançılar təmiz idman mübarizəsi şəraitində bizləri sevindirəcək və bu yarışlar Bakıda mütəmadi olaraq təşkil olunacaq".
Sonra sabah döyüşəcək idmançıların supervayzer nəzarəti altında çəkiləri rəsmi şəkildə təsdiq olundu. Belə ki, gürcüstanlı idmançı Ruqzak Marqriaşvili 61,5 kq-da, Ağəli Abışov 61,5 kq-da, Baçiva Kvaraçxelli 64,4 kq-da, Şahlar nağıyev isə 63 kq-da mübarizə aparacaq.
Təşkilatçı Xuan Mariya yarış haqda danışaraq bunları deyib: "Bizim komissiyanın işi bu tipli yarışların ədalət prinsipləri çərçivəsində keçməsidir və biz inanırıq ki, sabahkı yarış da məhz belələrindən olacaq".
Daha sonra suprevayzer yarışın reytinq xarakterli olduğunu və qalib gələn idmançının sonrakı 20 gündə yeni döyüşə çıxçalı olduğunu bildirib: "Əgər idmançı ikinci görüşdə də qalib gələsə, reytinqdəki yerini möhkəmlədəcək və bundan sonrakı görüşlərini o öz istədiyi rəqiblə deyil, məhz komissiyanın təyin etdiyi rəqiblə qarşılaşacaq. Bu görüşlər isə təşkilatçılar və idmançıların istəyinə uyğun olaraq keçiriləcək".
Bundan sonra əməkdar məşqçi Zahid Əliyev Azərbaycanda peşəkar boks üzrə ilk keçirilən yarışın "İnterkontinental" kəməri uğrunda yarış olduğunu bildirdi və qeyd etdi ki, sabahki yarışın keçirilməsi çox təqdirəlayiq bir haldır.
Daha sonra idmançıların inkişafı ilə bağlı danışan əməkdar məşqçi vurğulayıb ki, hal-hazırda idmançılar yetişməkdədir və mən inanıram ki, biz irəliyən müdətdə yeni istedadlı boksçular yetişdirəcəyik.
Tədbirdə maraqlı məqam isə Azərbaycanı peşəkar boks sahəsində təmsil etmiş, tanınmış boksçu Əli İsmayılovun karyerasını bitirməsi ilə bağlı fikir səsləndirməsi idi: "Hər bir idmançı kimi mən də öz karyeramı bitirməli idim və bitirdim. Bu vaxta qədər mən Azərbaycanı layiqincə təmsil etməyə çalışdım və budan sonra məşqçi kimi də çalışaacm ki, Azərbaycan idmanına öz töhfəmi verim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB