Əziz Yıldırımdan "Fənərbaxça" rəhbərliyinə qəti göstəriş: " Dia və Niangı satmayın!"
Hazırda Metris həbsxanasında saxlanılan İstanbulun "Fənərbaxça" futbol klubun prezidenti Əziz Yıldırım, klubda baş verənləri dərin üzüntü ilə izləyir. Siasport.az saytı xəbər verir ki, Ə.Yıldırım xüsusi ilə "Fənərbaxça"nın bir çox ulduz futbolçularının xarici futbol klublarına transfer olunmalarından bərk narahatdır.
Türkiyə mətbuatı xəbər verir ki, Ə.Yıldırım "Fənərbaxça" futbol klubunun rəhbərliyinə göndərdiyi məktubda klub prezidenti iradəli molmağa və düzgün qərarlar qəbul etməyə çağırıb. Ə.Yıldırım "Fənərbaxça" rəhbərliyinə xüsusi ilə Niang və Dianın satılmamasını qəti olaraq tapşırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB