Reyes Arda Turanı təriflədi..
İspaniyanın "Atletiko Madrid" futbol klubunun ulduz forvardı Joze Antoniyo Reyes, yeni komanda yoldaşı Arda Turan barədə fikirlərini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, "Kadenaser" radiosunun qonağı olan ispaniyalı futbolçu bildirib ki, A.Turan olduqca çevik və sərrast futbol oynayan futbolçudur.
A.Turanla hələ bir neçə il bundan əvvəl UEFA Avropa Liqasında keçirilən qarşılaşmada rəqib olduqlarını deyən "Atletiko Madrid"in ispaniyalı ulduz futbolçusu, "Qalatasaray"ın keçmiş kapitanının İspaniaya gözəl oyunu ilə özünü sevdirə biləcəyinə əmin olduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə