Sadıq Sadıqov: \"Fəhmin Muradbəyli Azərbaycanı Barselonada layiqli təmsil edib\"
Əvəzedici heyətin üzvü Fəhmin Muradbəyli \"Barselona\" klubunun formasını \"Neftçi\" PFK-nın prezidenti Sadıq Sadıqova təqdim edib. Siasport.az saytı xəbər verir ki, klub rəhbəri bunları bildirib: \"Fəhmin Muradbəyli Azərbaycanı İspaniyanın Barselona şəhərində layiqli təmsil edib. Bir rəhbər kimi bu məni sevindirir. İnanıram ki, yaxın zamanda \"Neftçi\"nin gənc futbolçuları əsas komandada da öz sözlərini deyəcəklər\".
İstedadlı futbolçu göstərilən diqqətə görə klub prezidentinə təşəkkür edib: \"Neftçi\" PFK-nın rəhbərliyi həmişə gənc futbolçulara xüsusi diqqət ayırır. Buna görə rəhbərliyə dərin minnətdarlığımı bildirirəm\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB