"Sumqayıt Şəhər" -"İnter" oyunu təxirə salınıb

"Sumqayıt Şəhər" -"İnter" oyunu təxirə salınıb
Azərbaycan Premyer Liqasının IV turunun "Sumqayıt Şəhər" -"İnter" oyunu təxirə salınıb. Siasport.az saytı xəbər verir ki, bu haqda, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əmr imzalayıb:

"Sumqayıt Şəhər" klubunun 6 üzvünün U-21 Azərbaycan milli komandasının heyətində Avropa çempionatının seçmə mərhələsindəki oyunlara hazırlıq məqsədi ilə təlim-məşq toplanışında olacaqlarını, 7 üzvünün isə U-17 Azərbaycan milli komandasının heyətində Litvada təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcəyini nəzərə alaraq

ƏMR EDİRƏM:

Azərbaycan Premyer Liqasının IV turunun "Sumqayıt Şəhər" - "İnter" oyunu 27 avqust 2011-ci il tarixindən başqa tarixə keçirilsin.

PFL-in prezidenti: Ramin Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə