"Anji" nin Arda Turanı transfer etmək istəyi "Qalatasaray"ı bir-birinə vurdu!

"Anji" nin Arda Turanı transfer etmək istəyi "Qalatasaray"ı bir-birinə vurdu!
Rusiyanın "Anji" futbol klubu Türkiyənin "Qalatasaray" futbol klubunun 24 yaşlı kapitanı Arda Turanı transfer etmək istəyir. Siasport.az saytı xəbər verir ki, braziliyalı futbol ulduzu Roberto Karlosun kapitanı olduğu Mahaçqala klubu, "Çelsi"dən Zirkovu 15 milyon avroya transfer edəndən sonra yeni bir transfer hədəfi kimi Etonu 50 milyon avroya heyətinə qatacağını rəsmən bəyan edib.
Klubun prezidenti Süleyman Kərimov indi də A.Turanı hədəfə alıb. Mahaçqala klubu, "Qalatasaray"ın kapitanı üçün "cim bom"a 15 milyon avro, futbolçunun özünə isə ilinə 4 milyon avro maaş təklif edib. Türkiyə mətbuatı yazır ki, artıq A.Turan bu təklifə elə şəkildə yanaşır ki, kapitan elə indidən İstanbul klubunu tərk etmək fikrinə düşüb və klub rəhbərliyindən getməsinə iczaə verilməsini tələb edir.
Türkiyə mətbuatı iddia edir ki, hətta 24 yaşlı kapitan onu bu fikrindən çəkindirmək istəyən baş məşqçi Fatih Terimlə də ciddi mübahisə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə