“Turan” yeni kapitanını seçir

“Turan” yeni kapitanını seçir
"Turan" yeni kapitanını seçir. Siasport.az saytı azerisport.az saytına istinadən xəbər verir ki, Tovuz klubu Premyer Liqanın yeni mövsümünün startına kimi öz kapitanını müəyyənləşdirmək istəyir. Hazırda bu "posta" üç əsas namizəd var. Bunlar Samir Əliyev, Nadir Nəbiyev və Aftandil Hacıyevdir.

Xatırladaq ki, son mövsümdə "Turan"ın kapitanı Vurğun Hüseynov idi. Lakin o, yeni mövsümdə "Qəbələ"də çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə