"Real Saraqosa" "Benfika"nın qolkiperini transfer edib

"Real Saraqosa" "Benfika"nın qolkiperini transfer edib

İspaniyanın "Real Saraqosa" futbol klubu, Portuqaliyanın "Benfika" futbol klubunun ispaniyalı qolkiperi Roberto Jimenez Cagonu transfer edib. Siasport.az saytı xəbər verir ki, İspaniya təmsilçisi 25 yaşlı qolkiper üçün 8,6 milyon avro pul ödəyib. "Benfika" isə bu qolkiperi keçən il "Atletiko Madrid"dən 8,5 milyon avroya transfer etmişdi. Artıq İspaniya təmsliçisinin rəsmi saytı da bu xəbəri təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə