Georgi Nikolov: "Yeni layihələr üzərində çalışırıq"

Georgi Nikolov: "Yeni layihələr üzərində çalışırıq"
"Avrokuboklara düşməməyimiz işimizə yenidən nəzər salmağımıza imkan yaratdı. İndi biz yeni layihələr üzərində çalışırıq". Siaspoer.az saytı xəbər verir ki, bu sözləri Bakının "İnter" futbol klubunun prezidenti Georgi Nikolov söyləyib. Klub rəhbəri belə deyib: "Komanda növbəti mövsümə fəal şəkildə hazırlaşır. Biz yalnız əsas heyətin deyil, "İnter"in digər yaş qrupu üzrə komandalarının da fəaliyyətinin daha yaxşı təşkil olunması üzərində çalışırıq. Hazırda növbəti mövsüm üçün klubun ümumi büdcəsi tərtib edilir. Maliyyə vəsaitinin daha çox mənfəət əldə ediləcək istiqamətlərə yönəldilməsi nəzərdə tutulur".
G.Nikolov qeyd edib ki, stadionda da təmir işlərinə başlanılıb. Soyunma otaqları genişləndirilib, mətbuat konfransı zalının ümumi görünüşü dəyişdirilib. Əsas meydançada yaşıl örtüyün yeniləşdirilməsi nəzərdə tutulsa da, bunu həyata keçirmək mümkün olmayıb. Buna, sadəcə olaraq, vaxt çatmayıb. Bununla belə, avqustda əsas meydançada təmir işləri aparılacaq. Meydana müəyyən miqdarda rezin qırıntıları səpiləcək ki, bu da yaşıl örtüyün keyfiyyətini hiss olunacaq dərəcədə yaxşılaşdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə