Hollandiyanın ən köklü futbol klublarından olan "Feyenoord"un sükanı arxasına yeni baş məşqçi gətirilib. Siasport.az saytı xəbər verir ki, Hollandiya klubunun baş məşqçisi postuna 48 yaşlı futbol mütəxəssisi Ronald Koelman gətirilib. Hollandiya futbol klubunun rəsmi saytı xəbər verir ki, yeni baş məşqçi ilə 1 illik müqavilə də imzalanıb. Klubun rəsmi açıqlamasında bildirilir ki, "Feyenoord"un rəhbərliyi yeni baş məşqçi ilə ciddi uğurlar əldə olunacağına əmindir. Xatırladaq ki, R.Koelman "Benfika", "Ayaks", "PSV Eyndhoven", "Valensiya" və "Az Akmaar" klublarının sükanı arxasında çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB