"Mən "Fənərbaxça"nı çaqqallara buraxmayacam"!

"Mən "Fənərbaxça"nı çaqqallara buraxmayacam"!

Hazırda "Metris" həbsxanasında saxlanılan "Fənərbaxça" futbol klubunun rəhbəri Əziz Yıldırım, vəkili Faik İşıqın vasitəsi ilə bütün "Fənərbaxça" azarkeşlərinə müraciət edib. Siasport.az saytı xəbər verir ki, Ə.Yıldırım ona qarşı xüsusi şəkildə mübarizə aparıldığını, əsas məqsədin isə onu klub prezidentliyindən kənarlaşdırmaq və məhv etmək olduğunu açıqlayıb. Səhhətinin və hüquqi vəiyyətin imkan verəcəyi zamana qədər "Fənərbaxça" prezidenti olmağa davam edəcəyini dilə gətirən Ə.Yıldırım, yazılı müraciətində "Mən "Fənərbaxça"nı çaqqallara buraxmayacam" deyərək "fənərli" azakeşləri səbrli olmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə