"Liverpul" "Aston Villa"nın futbolçusunu 20 milyon funt sterlinqə transfer edir!

"Liverpul" "Aston Villa"nın futbolçusunu 20 milyon funt sterlinqə transfer edir!

Yeni mövsümdə iddialı çıxış etməyi qarşısına əsas məqsəd qoyan İngiltərənin "Liverpul" futbol klubu, daha bir transferi reallaşdırmaq üzrədir. Siasport.az saytı xəbər verir ki, Liverpul şəhərinin təmsilçisi, "Aston Villa"nın forvardı Stewart Downinqi heyətinə qatmağa çox yaxındır. Belə ki, ingilis klubu artıq futbolçunun bütün transfer hüquqlarını da ələ keçirmək istəyir ki, bunun üçün qarşı tərəfə 20 milyon funt-sterlinq ödəməyə də razı olub. hazırda hər iki klubun nümayəndələri arasında danışıqlar yekunlaşmaq üzrədir.

Bütün xəbərlər Facebook səhifəmizdə