Qurban Qurbanov: "Banqa"ya daha çox qol vura bilərdik"

Qurban Qurbanov: "Banqa"ya daha çox qol vura bilərdik"
"Banqa"ya daha çox qol vura bilərdik. Amma bütün şanslarımızdan yararlana bilmədik. Bir neçə qol vəziyyətini boşa verdik. Buna baxmayaraq, azarkeşlərə qələbə bəxş etdik".Siasport.az saytı xəbər verir ki, bu sözləri "Banqa" ilə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
"Qarabağ" növbəti mərhələdə Farer adalarının "Streymur" klubu ilə qarşılaşacaq. Baş məşqçi həmin oyunlarla bağlı da danışıb: "Streymur" artıq 4 ildi ki, Avropada oynayır. Rəqibə hörmətlə yanaşırıq. Növbəti oyunumuzadək çatışmayan cəhətlərimiz üzərində işləyəcəyik. Çalışacağıq ki, qələbələri sıralayaq. Çünki bizim qələbələrə daha çox ehtiyacımız var. Yalnız bu halda komandamızda qələbə psixologiyası formalaşa bilər. Biz əsasən yerli oyunçuların inkişafına çalışırıq. Hələlik öz oyunçularımıza güvənirik. Zədə olarsa, məcburiyyətdən transfer edə bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə