Bakının "Neftçi" futbol klubu artıq heç bir futbol klubu ilə yoxlama oyunu keçirməyəcək. Siasport.az saytı xəbər verir ki, təlim-məşq toplanışını Avstriyada davam etdirən "Neftçi", bütün diqqətini iyulun 13-də Xorvatiyanın "Dinamo" futbol klubu ilə keçirəcəyi qarşılaşmaya yönəldib. Bu barədə "ağ-qaralar"ın vitse-prezidenti Tahir Süleymanov məlumat verib. Klub rəsmisinin sözlərinə görə, "Neftçi" Avstriyadakı toplanış çərçivəsində yoldaşlıq oyunlarını başa vurub:"Təlim-məşq toplanışı çərçivəsində bundan sonra yoxlama matçı keçirməyi nəzərdə tutmamışıq. "Neftçi" Avstriyadakı hazırlıq prosesində yoxlama oyunlarını başa vurub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB