\"Timişoara\"nın baş məşqçisi: \"Bərabər mübarizənin şahidi olduq\"-AÇIQLAMA
\"Fikrimcə, maraqlı oyun oldu. Qarşılaşma çətin keçdi. Hər halda, biz çempiona qarşı oynayırdıq\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Neftçi\" ilə yoxlama oyunundan sonra Rumıniyanın \"Timişoara\" klubunun baş məşqçisi Duşan Uqrin flaqmanın rəsmi saytına açıqlamasında deyib.
O, \"Neftçi\"yə Çempionlar Liqasında uğurlar arzulamağı da unutmayıb: \"Məncə, bərabər mübarizənin şahidi olduq. Sadəcə, \"Neftçi\"dən fərqli olaraq, biz şanslarımızdan istifadə edə bilmədik. Komandanıza Çempionlar Liqasında uğurlar arzulayıram\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB