"Neftçi" "Timişoara"nı məğlub etdi

"Neftçi" "Timişoara"nı məğlub etdi

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Zaqreb "Dinamo"su ilə oyunlara hazırlaşan "Neftçi" PFK Avstriyadakı təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, Rumıniya vitse-çempionu "Timişoara" klubu ilə görüş 1:0 hesabı ilə flaqmanın xeyrinə başa çatıb. Oyunda yeganə qolu "Nefçi"nin futbolçusu Mpenza vurub.


"Neftçi"nin heyəti:


Rauf Mehdiyev (Saşa Stamenkoviç, 46), Ruslan Əmircanov (Rail Məlikov, 46), İqor Mitreski, Ruslan Abışov (Ruslan Qurbanov, 87), Tərlan Quliyev (Alessandro Viana da Silva, 46), Mirhüseyn Seyidov (Flavinyo, 46), Slavço Georgievski (Elmar Baxşiyev, 78), Cavid İmamverdiyev (Rodriqinyo, 46), Araz Abdullayev, Cavid Hüseynov (Rəşad Abdullayev, 46), Bahodir Nasimov (Emil Mpenza, 46).

Bütün xəbərlər Facebook səhifəmizdə