"Real" Kakanı 40 milyon avroya satır!

"Real" Kakanı 40 milyon avroya satır!
Avropa futbolunda transfer bazarının qızğın vaxtıdır. Siasport.az saytı xəbər verir ki, dünyanın ən güclü futbol klublarının diqqətində olan ulduz futbolçuların qiyməti öz dilimizdə desək, "od tutub yanır".
Bu mənada İspaniyanın "Real Madrid" futbol klubunun braziliyalı futbolçusu Kakanın transfer qiyməti əsl "bomba partlayışı" yarada bilər. Belə ki, kral klubunun rəsmi meneceri Angel Sançes ispaniyalı həmkarlarımıza bildirib ki, "Real" Kakanı öz komandasında görmək istəyən istənilən kluba səxavət göstərməyə hazırdır. Amma 40 milyon avro pul müqabilində. A.Sançes əlavə edib ki, əgər hansısa klub bu miqdarda pulundan keçib Kakanı transfer etmək istəsə, o zaman dərhal danışıqlara başlamağa hazırdırlar. "Real"ın meneceri həmçinin kral klubunun fransız futbolçusu Lassana Diarra üçün də transfer təklifləri qəbul etməyə hazır olduqlarını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə