"Qalatasaray" azarkeşləri bu gündən GSTV-ni şifrəsiz izləyəcəklər

"Qalatasaray" azarkeşləri bu gündən GSTV-ni şifrəsiz izləyəcəklər
Türkiyənin "Qalatasaray" futbol klubunun rəsmi informasiya orqanı olan QSTV artıq şifrəsiz şəkildə yayımlanmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, bu məsələ Ünal Aysalın prezident seçilməsindən sonra öz həllini tapıb.
Məsələ burasındadır ki, yeni prezident ilk işlərdən biri kimi, milyonlarla "Qalatasaray" azarkeşlərinin klubla bağlı xəbərləri sərbəst şəkildə izləyə bilməsi üçün GSTV-nin şifrəsiz yayımlanması olacağını demişdi. Bu gündən "Qalatasaray" prezidenti verdiyi sözə əməl etdi. Beləliklə, dünyanın hər yerində milyonlarla "Qalatasaray" azarkeşi sərbəst şəkildə GSTV-ni izləyə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə