Neymar qərarını verdi: "Real Madrid"!

Neymar qərarını verdi: "Real Madrid"!

Nəhayət ki, neçə gündür bütün Avropa futbolunun gündəmini zəbt edən19 yaşlı braziliyalı futbolçu Neymarın hansı komandaya transfer olunacağına aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, bu barədə futbolçunun özü  İspaniyada nəşr olunan "Marça" qəzetinin internet səhifəsində açıqlayıb. O bildirib ki, gələn il futbol həyatını Avropada davam etdirmək istəyir və üz tutacağı klub da "Real Madrid" olacaq. Xatırladaq ki, hal-hazıra qədər 19 yaşlı braziliyalını transfer etmək üçün "Barselona", "Çelsi" və "Real Madrid" futbol klubalrı arasında gərgin mübarizə gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə