London Olimpiya oyunlarına lisenziya verən təsnifat turnirinin püşkatma mərasimi keçirilib
Bakıda taekvondo üzrə London Olimpiya oyunlarına lisenziya verən təsnifat turnirinin püşkatma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, təsnifat yarışında iştirak edən 4 idmançımız - Günay Ağakişiyeva ilə Ramin Əzizov mübarizəyə ikinci mərhələdən qatılacaqlar. G.Ağakişiyeva (57kq) Filka Atanasova (Bolqarıstan) - Paoli Andrea (Livan) döyüşünün qalibi ilə qarşılaşacaq. Ramin Əzizov (80 kq) isə ikinci mərhələdə Flamur Zuberi (İsveçrə) - Lai Li (Çin) görüşünün qalibi ilə rinqə çıxacaq. Fəridə Əzizova (67kq) ilk mərhələdə Franka Aniçlə (Slovakiya), Elvin Məmmədov (68kq) isə Viktor Yankovskiylə (Çexiya) döyüşəcəkr.
Yarışın ilk günü Fəridə Əzizova, növbəti gün Elvin Məmmədov, Ramin Əzizov iyulun 2-də, Günay Ağakişiyeva isə turnirin son günü mübarizə aparacaq. Yalnız mükafatçılar London Olimpiadasına vəsiqə qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB