"Xəzər Lənkəran" Avstriyada ilk məşqinə çıxdı

"Xəzər Lənkəran" Avstriyada ilk məşqinə çıxdı

Avstriyanın İnsbruk şəhəri yaxınlığında Folpmes şəhərciyində yerləşən "4+" ulduzlu "Ştubayerhof" otelində qalan "Xəzər Lənkəran" UEFA Avropa Liqasının təsnifat mərhələsinin hazırlıqlarına start verib. Siasport.az saytı xəbər verir ki, ilk məşq dünən yerli vaxtla saat 11:00-da başlayıb.

Qeyd edək ki, komanda məşqlərini sutka boyu tam sərəncamında olan stadionda keçirir.

Hələlik məşqlərdə hazırki heyətdən Kamran Ağayev, Elnur Abdullayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Şəhriyar Xəlilov, Orxan Sadıqlı, Katalin Doman və Andrey Mureşan iştirak edirlər. Bundan əlavə hazırlıqlarda bir sıra yeni futbolçular da iştirak edir. Bu oyunçularla komandada keçid barədə danışıqlar artıq yekun mərhələsindədir. Komandanın digər futbolçuları isə düşərgəyə qarşıdakı bir neçə gün ərzində qoşulacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə