İyun ayının 9-dan 13-nə kimi davam etmiş turnirdə 17 komanda 4 qrup üzrə öz qüvvələrini sınamışdır. Yarışların bütün mərhələlərində inamla çıxış edən "Bibiheybətneft", "Abşeronneft" və Nəriman Nərimanov adına neft və qazçıxarma idarələrinin, eləcə də Nəqliyyat Departamentinin komandaları yarımfinala vəsiqə qazanıblar. Yarımfinal görüşlərində isə Nəqliyyat Departamentinin və "Abşeronneft" NQÇİ-nin komandaları əzmkarlıq nümayiş etdirərək finala yüksəliblər. Beləliklə, turnirin sonunda "Bibiheybətneft" NQÇİ-nin komandası 3-cü yerə çıxıb. Final görüşündə isə Nəqliyyat Departamentinin komandası "Abşeronneft" NQÇİ-nin komandasına qalib gələrək 1-ci yerə sahib olmuşdur. Qaliblərə turnirin kuboku, diplom və pul mükafatları təqdim edilib. Bundan başqa, "Ən yaxşı qapıçı", "Ən məhsuldar hücumçu", "Ən yaxşı oyunçu" nominasiyalarında qaliblər müəyyən olunub, onlara diplom və pul mükafatları verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB