Deyəsən, İstanbulun "Qalatasaray" futbol klubunun kapitanı Arda Turanın İspaniyanın "Atletiko Madrid" futbol klubuna transferi üçün, necə deyərlər, "yaşıl işıq" yanmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, İspaniya təmsilçisinin yeni baş məşqçisi Grigori Monzano, A.Turanı yeni klubunda görmək arzusundadır. Hər halda belə olmasaydı, yeni baş məşqçi, klubda görmək istədiyi futbolçular arasında "Qalatasaray"ın 24 yaşlı kapitanının da adınını çəkməzdi. Türkiyənin məşhur "Milliyet" qəzetinə müsahibə verən G.Monzano bildirib ki, ilk işlərindən biri kimi, A.Turanı La Iiqaya gətimək olacaq. Ən geci 10 gün içərisində klubdan gedəcək və ya yeni gələcək futbolçuların siyahısının müəyyən olunacağını deyən "Atletiko Madrid"in baş məşqçisi, A.Turanl transfere tməkdə israrlı oilduqlarını da diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB