İngiltərənin "Mançester Siti" futbol klubunun futbolçusu Jerome Boateng, artıq ingilis futbol klubunda qalmaq istəmir. Siasport.az saytı xəbər verir ki, ərəb şeyxlərinin nəzarətində olan "Mançester Siti"nin qaradərili futbolçusu, futbol həyatını Almaniyanın "Bayern Münhen" futbol klubunda forma geyinməklə davam etdirmək istədiyini açıqlayıb. Hamburqda alman jurnalistlərinə müsahibə verən J. Boateng, Roberto Mançininin onu müdafiənin sağında oynatmasından rahatsız olduğunu dilə gətirib. O, Almaniya Bundesliqasında oynamaqla, həmçinin futbol üzrə Almaniya milli komandasındakı yerini də möhkəmləndirmiş olacağına əmindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB