Saşa Stamenkoviç "Neftçi" ilə müqavilə imzaladı

Saşa Stamenkoviç "Neftçi" ilə müqavilə imzaladı
"Neftçi" qapıçı problemini həll edib. Siasport.az saytı xəbər verir ki, Azərbaycan çempionunun serb qapıçı Saşa Stamenkoviçlə danışıqları müsbət yekunlaşıb.İki gündür Bakıda olan və paytaxt klubu ilə danışıqlar aparan "Srvena Zvezda"nın qapıçısı artıq müqaviləyə imza atıb. Saşa qarşıdakı iki ildə "Neftçi"nin şərəfini qoruyacaq. O, sabah komandanın Türkiyə toplanışına yollanacaq.Qeyd edək ki, "Neftçi"nin heyətində Saşadan başqa daha iki qapıçı var - Rauf Mehdiyev və Elçin Sadıqov. Paytaxt klubu litvalı Paulius Qribauskas və Vitali Kovalyovla isə yollarını ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə