Braziliyanın "Santos" klubu yaxın gələcəyin ulduz namizədi olan Neymarın transfer məbləğini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, Neymarı istəyən klub 45 milyon avrosundan keçməlidir.Braziliyanın "Santos" klubunda forma geyinən 19 yaşlı forvard artıq əksər Avropa klublarının maraq mərkəzndədir. Hətta artıq gənc futbolçuya elçi düşən də tapılıb. Söhbət İngiltərənin adlı-sanlı klubu "Çelsi"dən gedir. "Çelsi" rəsmiləri Neymara görə 35 milyon avro təklif ediblər. Bu gün Neymarın meneceri rəsmi açıqlamasında klubun futbolçunu 45 milyon avrodan aşağı satmayacağını bildirilib.Hətta futbolçunun meneceri Riberio Neymarı Messi ilə müqayisə edərək açıqlanan məbləğin şişirdilmiş olması ilə razılaşmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB