İspaniyanın \"Atletiko Madrid\" futbol klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, İspaniya təmsilçisi, bir vaxtlar \"Atletiko Madrid\" klubunun sükanı arxasında olmuş Grigorio Manzano ilə bir illik müqavilə imzalayıb. G.Manzano isə ispaniyalı jurnalistlərə açıqlamasında \"Atletiko Madrid\"in sükanı arxasına keçməkdən məmnun olduğunu və ona göstərilən etimadı əməli işi ilə doğrultmağa çalışacağını dilə gətirib.
Xatırladaq ki, G.Manzano \"Sevilya\", \"Mallyorka\", \"Rasinq\", \"Malaqa\" kimi klubların da çalışdırıcısı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB