İstanbulun "Qalatasaray" futbol klubunun keçmiş prezidenti Adnan Polat, "cim bom"dakı vəzifəsini itirdikdən sonra, indi də Türkiyə Futbol Federasiyasının rəhbəri olmaq istəyir. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbol adamı, artıq bir neçə futbol klubunun rəhbərləri tərəfindən TFF prezidentliyinə namizədliyinin irəli sürülməsi üçün təklif də alıb. TFF-nin hazırkı prezidenti Mahmud Özgenerin istefaya çıxacağı ilə bağlı verdiyi açıqlamalardan sonra, kimin bu posta gətiriləcəyi böyük maraqla gözlənilir. Bir sıra dairələrdə, bu posta daha çox TFF-nin keçmiş rəhbəri Haluk Ulusoyun əsas namizəd olacağı söylənilsə də, Türkiyə mətbuatında daha çox "Qalatasaray"ın keçmiş prezidentinin bu posta potensial namizəd olduğu deyilir. A.Polat isə bu gün verdiyi açıqlmada qeyd edib ki, ona bir sıra klublar tərəfinsən TFF prezidenti olmaq üçün namizədliyini irəli sürmək təklifi edilib. Amma A.Polat həmin şəxslərin və təmsil olunduqları klubların adını çəkməkdən imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB