“Gəncə” basketbol klubu baş məşqçi ilə yollarını ayırıb

“Gəncə” basketbol klubu baş məşqçi ilə yollarını ayırıb

“Gəncə” basketbol klubu baş məşqçisi Halil Atlı ilə yollarını ayırıb.

SİA xəbər verir ki, klubdan verilən məlumata görə, türkiyəli mütəxəssislə başa çatan müqavilənin müddəti yeniləməyib.

Qeyd edək ki, Halil Atlı son iki mövsümdə “Gəncə”yə başçılıq edib. Onun rəhbərliyi altında komanda Azərbaycan Kubokunun qalibi, ölkə çempionatının isə bürünc mükafatçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə