“Neftçi” ekvadorlu futbolçunu transfer edib

“Neftçi” ekvadorlu futbolçunu transfer edib

“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.

SİA xəbər verir ki, klubdan verilən məlumata görə, komanda ekvadorlu Cordan Rezabalanı transfer edib.

25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub

Bütün xəbərlər Facebook səhifəmizdə