"Neftçi" Venesuela millisinin yarımmüdafiəçisini transfer edib

“Neftçi” növbəti keçidini rəsmiləşdirib. Klubdan SİA-ya verilən məlumata görə, "ağ-qaralar" Venesuela millisinin yarımmüdafiəçisi Freddi Varqasla anlaşıb.

26 yaşlı futbolçu İsrailin “Makkabi” (Netanya) klubundan 1 il müddətinə icarəyə götürülüb.

Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır. O, Venesuela milli komandasında 3 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə