Bakıda yeniyetmə cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Azərbaycanın 14 yaşadək yeniyetmə cüdoçuları arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək. Azərbaycan Cüdo Federasiyasından SİA-ya verilən məlumata görə, yarışda 27 klub və idman cəmiyyətindən 161 cüdoçu (137 oğlan, 24 qız) ümumilikdə 15 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, turnir Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə